Ukrayna Nazirlər Kabinetinin qərarı ilə Teymur Tkaçenko (Məmmədov) ölkənin strateji sənayelər nazirinin müavini təyin olunub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat yayıb.
Müvafiq qərarın çərşənbə axşamı keçirilən hökumət iclasında qəbul olunduğu bildirilir.
Qeyd edək ki, Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğlu olan Teymur Məmmədov bu vəzifəyə təyin olunmazdan əvvəl rayon dövlət administrasiyalarında və Kiyev şəhər dövlət administrasiyasında çalışıb.