"Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolunu bərpa etməyə hazırıq" - Paşinyan

Azərbaycanın cənub-qərb rayonlarını Naxçıvanla birləşdirən Mehri dəmir yolunu bərpa etməyə hazırıq.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışında deyib.

O qeyd edib ki, nəqliyyat və enerji kommunikasiyalarının qurulması sülh sazişi gündəliyinin əsas məsələlərindən biridir. Bu yol təkcə Azərbaycan və Ermənistana deyil, həm də Gürcüstan və İrana Qərb bazarlarına çıxış imkanı əldə etməyə imkan verəcək.

Paşinyan, həmçinin, Ermənistanın ilin sonunadək Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu qeyd edib.