Lənkəranda yas mərasimindən qayıdan nənə və azyaşlı nəvələrini maşın vurub.
APA-nın məlumatına görə, hadisə axşam saatlarında Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verib.
Hərəkətdə olan minik avtomobili 2021-ci il təvəllüdlü D.M, 2019-cu il təvəllüdlü U.M və nənələri 1968-ci il təvəllüdlü Mərziyyə Fitat qızı Ağaliyevanı vurub.
Hər üç yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Üç yaşlı nəvənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, üç yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.
Nənə və beş yaşlı nəvənin müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.