Daxili İşlər Nazirliyi Qəbələdə baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.
Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az saytına bildirilib ki, bu gün saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, ümumilikdə 16 nəfərə yaxın şəxs ilkin tibbi yardım üçün müraciət edib. Onlardan üçü stasionar müalicəyə qəbul edilib və hazırda müalicələri reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 14:03
Qəbələdə Şəki-Bakı marşrutu ilə hərəkət edən mikroavtobusun minik maşını ilə toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.
Stopnarkotik.az xəbər verir ki, xəsarət alanlar Qəbələ rayon xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Qəza baş verən yolda tikinti işlərinin aparıldığı bildirilir.
***13:19
Qəbələdə mikroavtobusla minik avtomobili toqquşub, ölənlər və xəsarət alanlar var.
Stopnarkotik.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumatlara görə, hərəkətdə olan mikroavtobus və minik avtomobili toqquşması nəticəsində ölənlər və yaralananlar var.
Hazırda hadisə yerində araşdırma aparırlar, ölən və xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir.