Aprelin 15-də Bakıda sonunda isə 9 dağ rayonunda istilik mövsümü başa çatacaq, lakin hava temperaturu hələ də aşağı səviyyədə qalır. Bu səbəbdən bəzi ərazilərdə sakinlər istiliklə bağlı çətinlik hiss edə bilərlər.
Stopnarkotik.az xəbər veir ki, məsələ ilə bağlı Milli.az-ın sualına cavab olaraq Azəristiliktəchizat ASC-nin PR meneceri Rüxsarə Babayeva payız-qış mövsümünün başlanılması və başa çatdırılması tarixləri qanunvericiliklə tənzimləndiyini bildirib.
"Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli, 303 nömrəli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən, respublikanın dağlıq rayonlarında 1 noyabr tarixindən, Bakı şəhəri və digər ərazilərdə isə 15 noyabr tarixindən etibarən istilik verilişinə başlanılıb."
R. Babayeva qeyd edib ki, Bakı şəhəri və respublikanın regionlarında 2025-2026-cı illər payız-qış mövsümü müvafiq qanunvericiliyə əsasən 15 aprel tarixində başa çatacaq.
"Cəmiyyətin qazanxanalarının fəaliyyət göstərdiyi 9 dağ rayonu (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik və Şamaxı) qanunvericiliyə əsasən mövsümün 1 may tarixinədək davam etdirilməsi nəzərdə tutulub."
R. Babayeva vurğulayıb ki, təcrübədə hava şəraitinin kəskin olmasına görə istilik mövsümünün uzadılması halı olub.
"Lakin hazırda bu gündəmdə deyil", - deyə o əlavə edib.