Azərbaycan və Türkiyə “KAAN" döyüş təyyarələri ilə bağlı əməkdaşlığa başlayır

Azərbaycan yerli döyüş təyyarələrinin hazırlanması layihəsində Türkiyə ilə əməkdaşlıq edəcək.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu "SavunmaSanayiST" hərbi nəşri məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Milli Döyüş Təyyarələri Proqramı çərçivəsində istehsal olunan "Kaan" qırıcılarının hazırlanması prosesində iştirak edəcək.

Nəşr yazır ki, Azərbaycanla təyyarənin hazırlanması prosesinə rəhbərlik edən TUSAŞ şirkəti arasında əməkdaşlıq sazişi imzalanacaq. İmzalanma mərasimində Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün də iştirak edəcək.

Xatırladaq ki, bu ilin sonunda TUSAŞ şirkəti tərəfindən hazırlanan döyüş təyyarəsinin ilk sınaqları keçiriləcək. Plana əsasən, 2026-cı ilə qədər 3 qırıcı prototipinin istehsalı planlaşdırılır.