Azad olunmuş ərazilərdə 400-dən çox mina hadisəsi baş verib - HİKMƏT HACIYEV

Azərbaycan kütləvi minatəmizləmə işləri həyata keçirir.

Stopnarkotik.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, ərazilər azad edildikdən sonra beynəlxalq təcrübədən də istifadə edilib: "Lakin sürət bizi tam qane etmirdi. Buna baxmayaraq, Azərbaycanda işlər vaxtında görülməli idi ki, məcburi köçkünlər 30 ildir gözlədikləri torpaqlarına qayıda bilsinlər. Ona görə biz postmünaqişə və yenidənqurma modelini formalaşdırdıq. Belə vəziyyətdə əsas məsələ dövlət qurumları arasında effektiv əlaqələndirmədir".

Hikmət Hacıyev eyni zamanda vurğulayıb ki, 2020-ci ildən sonra azad olunmuş ərazilərdə 400-dən çox mina hadisəsi baş verib.