Noyabr ayının 14-də saat 10:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 1995-ci il təvəllüdlü Goranboy rayon sakini İsgəndərov Telman Tərlan oğlu Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Bu barədə Stopnarkotik.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilir ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Stopnarkotik.az