Avtomobillərə qənim kəsilən iki nəfər saxlanıldı - 2 MİN MANATLIQ OĞURLUQ

Paytaxtın Qaradağ rayonunda bir nəfərə məxsus avtomobildən 1300 manat oğurlanıb. 

Stopnarkotik.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 48 yaşlı R.Ağayev saxlanılıb. 

Nəsimi rayonunda baş vermiş analoji hadisə nəticəsində də avtomobildən 700 dollar talamaqda şübhəli bilinən 38 yaşlı R.Süleymanov da polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktlarla bağlı araşdırma aparılır.