Cəlilabadda avtomobildən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, rayon ərazisində bir avtomobildən 3000 manat pul oğurlanıb.
Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Privolnoye kənd sakini Ə.Mirzəyev müəyyən olunaraq saxlanılıb.