AVTOMAT, TAPANÇA TÜFƏNG... - Vətəndaşlardan xeyli sayda silah-sursat götürüldü

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, fevralın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 tapança, 14 tüfəng, 4 patron darağı və 311 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.