Avropaya narkotiklərin daşınmasının əsas halqası - EKVADOR

Narkotik istifadəsi təkcə Ekvadorun özündə ciddi problem deyil. Stopnarkotik.az xəbər verir ki, Ekvadorda narkotik ticarətinin mərkəzidir Quayaquildir. Həmçinin, kokainin Avropaya daşınması üçün yeni mərkəzdir. Meksikalı kartellər və alban narkotik alverçiləri Ekvadorda “ipləri əllərində saxlayırlar” və yerli narkotik bandalarına ixrac marşrutları üzərində amansız mübarizə aparmağa şərait yaradırlar. Ekvador limanlarında demək olar ki, heç bir skaner və ixrac olunan yükləri yoxlamaq üçün personal yoxdur. Ölkədəki korrupsiya da ağır problemdir.

Bu ilin payızında Hollandiya Gömrüyü əməkdaşlığın əməliyyat detallarını müzakirə etmək üçün Ekvadora nümayəndə heyəti göndərəcək. Hollandiya gömrüyünün artıq Braziliya, Kyurasao və Panamada əməkdaşları var. Tezliklə Surinama da qrup gedəcək. Hollandiya gömrüyünün əsas məqsədi bütün Latın Amerikasında əməkdaşlıq içində olan gömrük işçiləri şəbəkəsi yaratmaqdır.

Stopnarkotik.az