Avropada narkotikdən ən çox ölüm Şotlandiyanın payına düşür - QRAFİKA

Şotlandiyada sosial-antropoloji anomaliya baş verməkdədir.

Stopnarkotik.az xəbər verir ki, Avropada narkotiklərdən ən yüksək ölüm nisbəti Şotlandiyada yaşanır. Tərtib olunmuş diaqramda 1 milyon nəfərə düşən narkotikdən ölümlərin sayı 15-64 yaşa arasında 248 nəfərdir.

Bu rəqəmlər nisbidir. Maraqlı budur ki, Şotlandiyadakı narkotikdən ölüm sayı ilə digər ölkələrdəki say arasında fərq böyükdür.

Ümumilikdə ilk altı şimal ölkəsinin durumu "buludlu"dur. Şotlandiyadan sonra narkotikdən ölüm sayı pilləsində üzüaşağı Britaniya (nədənsə Şotlandiya ayrıca göstərilib), Finlandiya, İrlandiya, İşveç, Norveç, Sloveniya, Danimarka, Estoniya, Avstriya gəlir. 

Stopnarkotik.az