Astarada baş verən qəzada moped sürücüsü ölüb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi, axşam saatlarında rayonun Deqədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Sərxan Məlikovun idarə etdiyi "Ford Transit" markalı avtomobil Seləkəran kənd sakini Ruslan Əliyevin idarə etdiyi mopedlə toqquşub.
Nəticədə mopedin sürücüsü R.Əliyev ölüb.
Meyit daxili və xarici müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.