ARAŞDIRMA: Sosial şəbəkənin "yaratdığı" depressiv uşaqla yetkin narkotik istifadəçisini nə bağlayır?

“Bəli, sosial şəbəkələr əslində uşaqlarda depressiyaya səbəb ola bilər. Uşaqlar internet üzündən intihar haqqında düşünmə ehtimalı təxminən 3 dəfə çoxdur”. Bu açıqlama alimlərin gəldikləri rəsmi nəticəni əks etdirir.

Uşaqların sosial şəbəkələrdə keçirdikləri vaxt onların zehni-mənəvi inkişafına neqativ təsir göstərir. Bu barədə cəmiyyətdə vaxtaşırı müzakirələr gedir. Marqlıdır ki, bu müzakirələr də elə ən çox sosial şəbəkələrdə aparılır. Mövzu cəmiyyətin müxtəlif təbəqələrindən olan ictimai şəxslər, deputatlar, sosioloqlar, psixoloqların diqqətini çəkir və onlar dəfələrlə bu mövzuya toxunurlar. Hətta 16 yaşından aşağı uşaqların sosial şəbəkəyə girişini məhdudlaşdırmaq təklifləri belə səsləndirilib. Nəzərə alsaq ki, uşaqlar da sosial şəbəkəyə həddən çox qapılırlar və sanki virtual həyata daha dərindən dalırlar, alimlərin açıqladığı xəbərdarlığın diqqətə alınmasına dəyər. Qeyd edək ki, xəbərdarlıq mahiyyətli açıqlama Kaliforniya alimləri tərəfindən səsləndirilib. 

Stopnarkotik.az xəbər verir ki, Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, sosial mediadan daha çox istifadə edən uşaqlarda zaman keçdikcə depressiya əlamətləri daha da pisləşir.

Tədqiqatda iştirak etdiyi üç il ərzində orta hesabla uşaqların sosial mediadan istifadə vaxtı gündə 7 dəqiqədən 73 dəqiqəyə yüksəlib, depressiya əlamətlərinin səviyyəsi isə 35% artıb.

11-12 yaşlı uşaqlar kiber zorakılığa məruz qaldıqlarını bildirdikdən bir il sonra:

2,62 dəfə çox intihar düşüncələri və ya intihar cəhdləri barədə məlumat veriblər;

2,31 dəfə çox psixoaktiv maddələrə (marixuanadan 4,65 dəfə, nikotindən 3,37 dəfə və spirtdən istifadə etməkdə 1,92 dəfə daha çox) üz tutmağa başladıqlarını xəbər veriblər.

Beləliklə, nəzərə alsaq ki, sosial şəbəkəyə qatılmaq ehtiyacı daha çox valideynlərin laqeydliyindən, diqqətislziyindən, uşağa az vaxt ayrımasından yaxud yeniyetmələr arasında ümumi tendensiyadan qaynaqlana bilər, belə anlaşılır ki, bu sadalananlar uşaqları daha çox tənhalaşdırır, yalnızlaşdırır, depressiyaya salır.  Nəticədə bu durum uşaqların özünə maraq dünyası yaratmasına gətirir. Hansı ki, yalnız və tənha olduğu bu maraq dünyasında düşdüyü mənəvi boşluq, xoşbəxt olmaq cəhdi, axtarışi onu qumar, alkoqol, narkotik kimi pis vərdişlərə açılan qapılara aparır. Depressiya bu günün uşağının keçici həvəslərinin axınına qapılıb sabahın asılısına, narkotik istifadəçisinə, qumar asılısına çevrilməsinə gətirir.   

Stopnarkotik.az