Antiterror əməliyyatında şəhid olan daha 5 hərbçinin kimliyi müəyyənləşdi - SİYAHI

Qarabağda antiterror tədbirləri zamanı şəhid olan daha 5 hərbçinin kimliyi müəyyənləşib.

Stopnarkotik.az xəbər verir ki, onların adları Müdafiə Nazirliyinin təqdim etdiyi siyahıya əlavə olunub.

Siyahı ilə bu  link vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub. Lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir. 11 nəfərin şəxsiyyətinin Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəyi açıqlanmışdı. Bundan əvvəl onlardan altı nəfərin kimliyi müəyyənləşdirilmişdi.