Anar Əlizadənin Bodrumda milyonluq yaxtaları kül oldu

Xəbər verdiyimiz kimi, Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda limandakı yaxtaların birində güclü yanğın baş verib.

Stopnarkotik.az qafqazinfo-ya istinadən xəbər verir ki, gecə saatlarında meydana gələn yanğın sürətlə yayılıb.

Nəticədə dəyəri milyonlarla dollar məbləğində olan 8 yaxta yanaraq kül olub.

Teleqraf bildirir ki, yanan yaxtalar “Socar Trading”in təsisçisi və keçmiş prezidenti Anar Əlizadəyə məxsus olub.