İran Silahlı Qüvvələri İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasına, həmçinin “13-cü telekanal”ın Təl-Əvivdəki ofisinə zərbələr endirib.
Bu barədə İran ordusunun Mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, hücum çərçivəsində İsrailin quru qoşunları ilə əlaqəli obyektlər də hədəf alınıb. İran tərəfi bu əməliyyatın kəşfiyyat naziri İsmail Xətibin öldürülməsinin qisası olduğunu bəyan edib.
İran KİV-i isə hücumun İsrailə qarşı əməliyyatın 64-cü dalğası çərçivəsində reallaşdırıldığını yazıb.