İrana qarşı hərbi əməliyyatların başlanmasından bəri ABŞ və İsrail İslam Respublikasının ərazisinə ümumilikdə 16 mindən çox zərbə endirib.
Bu barədə “The Wall Street Journal” ABŞ Mərkəzi Komandanlığı və İsrail Müdafiə Qüvvələrinin məlumatlarına istinadla informasiya yayıb.
Bildirilib ki, ABŞ ordusu ən azı 7 800 hədəfə zərbə endirib, həmçinin 120-dən çox İran gəmisini zədələyib və ya məhv edib. Nəşrin qeydinə görə, İsrail isə təxminən 8 500 zərbə həyata keçirib.
Bundan əlavə, nəşr yazır ki, İsrail Livan ərazisində də təxminən 2 min hədəfə zərbə endirib.