GORANBOYDA 17 YAŞLI GƏNC QAN TÖKDÜ - 38 yaşlı kişini bıçaqladı / YENİLƏNİB

Goranboy rayonunda bıçaqlanma hadisəsini törədən şəxs saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon sakini Fariz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 17 yaşlı M. Əhmədov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

21:47

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə APA-nın yerli bürosu məlumat yayıb.

Məlumata görə, 38 yaşlı F.Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.