Əfsanəvi Çak Norris 86 yaşında vəfat etdi

Döyüş sənətləri ustası, "Delta qüvvəsi", "İtkin düşənlər" kimi filmlərin ulduzu Çak Norris 86 yaşında vəfat edib.

Bu barədə TMZ portalı xəbər verir.

Ailəsinin verdiyi məlumata görə, o, cümə axşamı səhər saatlarında Havay adalarında dünyasını dəyişib:

"Ailəmiz dərin kədər hissi ilə sevimli Çak Norrisin dünən səhər qəfil vəfat etdiyini bildirir".

Xatırladaq ki, Ç.Norris ötən gün Havay ştatının Kauai adasında xəstəxanaya yerləşdirilib./oxu.az