Ana həbsdə olan oğluna qazanın içində telefon keçirmək istədi

8 saylı cəzaçəkmə müəssisəsinə mobil telefonlar keçirilməsinin qarşısı alınıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Məhkum Nizaməddin Xanhüseyn oğlu Ağayevə anası Xatəmə Əlibəndə qızı Ağayevanın gətirdiyi sovqatdakı qazanın içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd mobil telefon aparatı aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.