Almaniya hökuməti marixuananı LEQALLAŞDIRDI

Almaniya hökuməti narkotik vasitələrin leqallaşdırılması planını təsdiqləyib.

Stopnarkotik.az xəbər verir ki, bu gün ölkənin Nazirlər Kabineti marixuananın leqallaşdırılması ilə bağlı qanun layihəsini təsdiqləyib. 

Qanun layihəsi 25 qrama qədər çətənənin alınmasına və saxlanmasına və istehlak üçün becərilməsinə icazə verəcək. 

Qeyd edək ki, müvafiq təşəbbüs yay tətili başa çatdıqdan sonra Bundestaq və Bundesratda da müzakirə olunacaq.