Aİ ABŞ, Azərbaycan və Türkiyə ilə TRIPP layihəsində mümkün iştirakla bağlı danışıqlar aparır. Bu barədə Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Ali Komissarı Marta Kos açıqlama verib.
O bildirib ki, "Aİ-nin öz təklifləri var və o, Türkiyə və Azərbaycanla məsləhətləşmələri davam etdirir. Layihə tək bir dəmir yolu hissəsindən kənara çıxdığı üçün ABŞ-ın iştirakı xüsusilə vacibdir".
P.S. Əgər nəzərə alsaq ki, TRIPP elə Zəngəzur layihəsidir və dünən Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev “EU Today”ə verdiyi müsahibədə Aİ-yə “Global Gateway” çərçivəsində Zəngəzur dəhlizinə qoşulmağı təklif etmişdi, Aİ rəsmisi Marta Kosun açıqlaması bu tranzit proyektinin çoxtərəfli faydalarının olacağını göstərir. Rusiya Teleqram kanalları isə bu gəlişməyə kəskin reaksiya verirlər. Bu kəskin reaksiyaya Aİ rəsmisinin ünvanına söyüşlər də aiddir.
Stopnarkotik.az