Ağstafada bədbəxt hadisə: Qaynaq aparatı partladı, kişinin ayağı qopdu

Ağstafada bədbəxt hadisə baş verib.

Stopnarkotik.az-ın məlumatına görə, hadisə rayonun Eynallı kəndində qeydə alınıb.  Belə ki, qaynaq aparatının partlaması nəticəsində kənd sakini 52 yaşlı Qabil İmamverdiyev yanıq xəsarəti alıb. O, bədənin müxtəlif hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. 

Məlumata görə, Qabil İmamverdiyev yaşadığı evdə çardaq düzəldən zaman qaynaq aparatı partlayıb.

Nəticədə onun ayağının biri qopub.