Niderladda tibb seqmenti çaxnaşma içindədir. Ölkədə böyük insan qrupunda ağır ağrıkəsicilərdən asılılıq yüksəkdir. Bu da fentanil, oksikodon və morfin kimi opioidlərdən uzunmüddətli asılılığa səbəb ola bilir.
Stopnarkotik.az-ın məlumatına görə, o xəstələrə ki, oksokodon və morfin kimi preparatlar yazılır, həmin xəstələrin sayı 2021-ci illə müqayisədə 5 faiz artıb.
Bir milyondan çox istifadəçinin 600,000-i güclü narkotiklərdən istifadə edir ki, bu da əvvəlki illə müqayisədə 6,4 faiz çoxdur. Bunu “Pharmaceutical Key Figures Fondu”nun məlumatları sübut edir. Məlumatlar apteklər vasitəsilə satılan məhsullara aiddir. Niderlandın əsas TV-lərindən olan “Nederlandse Omroep Stichting”-un (NOS) xəbərinə görə, bu rəqəm xəstəxanada müalicə alan xərçəng xəstələrində və ya palliativ müalicədə istifadəni əhatə etmir. Bu qrup daxilində getdikcə daha çox insan qısa təsirli dərmanlardan istifadə edir. Bu rəqəm isə 7,9 faiz artımla 430 mindən çoxdur.
Opioid böhranı
Amerikada bu ağır dərmanın uzun müddətə və reseptlə yazılma hallarının həddən artıq çoxalması keçən il 100.000-dən çox insanın ölümünə səbəb olan opioid böhranına səbəb oldu. Təxminən 46 milyon amerikalının narkomaniyadan əziyyət çəkdiyi təxmin edilir. Səhiyyə naziri Bruins 2019-cu ildə ağır ağrıkəsicilərin istifadəsini azaltmaq üçün tədbirlər açıqladı. Sonra məlum oldu ki, həkimlər çox vaxt dərmanı asanlıqla yazır, xəstələr isə asanlıqla təkrar həmin reseptləri alırdılar. O, ABŞ-da narkomanların sayının həddən çox artmasına işarə edərək tövsiyyə edib ki, Hollandiyanın bu istiqamətə getməsini istəmir. Lakin bunun əksi baş verir.
Keçən il istefaya gedən səhiyyə naziri Kuipers həkimlərə tövsiyyə kimi mümkün olan ən qısa müddət ərzində opioidlərin təyin edilməsini və yalnız yeni məsləhətləşmədən sonra təkrar reseptlərin verilməsi üçün çıxış etdi. Tibbi biliklər institute “Nivel” bildirir ki, son illərdə həkimlər tərəfindən opioidlərin təyin olunduğu insanların sayı sabit qaldı. Amma ağır ağrıkəsicilər qəbul edən xəstələrin sayı artmaqda davam edir. Bunun niyə belə olduğu hələ aydın deyil.
Stopnarkotik.az