Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Avşar kəndində yerləşən 3 saylı orta məktəbdə 1,2 və 3 saylı orta məktəblərin şagirdlərinin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı E.Dəmirçiyev gənclərin narkotik vasitələrdən uzaq olmalarını, sağlam həyatı seçmələrini, cəmiyyət və ailə üçün faydalı işlərlə məşğul olmalarını tövsiyə edib. Digər çıxışçılar da belə profilaktik xarakterli görüşlərin mühüm əhəmiyyət kəsb etdiyindən danışıblar, mütəmadi şəkildə maarifləndirici söhbətlərin aparılmasının vacibliyini vurğulayıblar. Şagirdlərə mükəmməl təhsilə yiyələnməyin üstünlüklərindən bəhs ediblər.
Sonda maraq doğuran suallar cavablandırılıb.
Stopnarkotik.az