Bir sıra ölkələr qanunsuz narkotik dövriyyəsinin qarşısını almaq yolunu çətənə becərilməsinin nəzarət altında aparılmasında görür.
Stopnarkotik.az xəbər verir ki, Afrika dövlətlərindən olan Qananın da parlamenti “Narkotiklərə Nəzarət Komissiyası Aktı”nı qəbul edib. Nəticədə çətənə yetişdirmək üçün lisenziyaların verilməsi Daxili İşlər Nazirliyinə həvalə edilib.
Belə ki, 2023-cü ilin iyulunda ölkə parlamenti Narkotiklərə Nəzarət Komissiyasına dair Qanun layihəsini qəbul etdi. O, tək bənddən ibarətdir, qəbul edildikdən sonra nazir ölkədə çətənə yetişdirilməsinə lisenziyaya icazə verir.
Bu qanunun qüvvəyə minməsi ilə Qana çətənə becərilməsinin potensial faydalarını reallaşdırmaq yolunda mühüm addım atır. Tərkibində məhdud miqdarda “tetrahidrokannabinol” olan çətənənin nəzarət altında becərilməsinə icazə verməklə, hökumət onun sənaye potensialından istifadə etmək, lif və toxum istehsalında onun istifadəsini araşdırmaq istəyir. Bundan əlavə, çətənənin müalicəvi xüsusiyyətləri indi daha da araşdırıla və tənzimlənən şəkildə istifadə edilə bilər.
Stopnarkotik.az