ABŞ radarlarını Karib dənizinə tuşlayıb. Gedişatdan belə görünür ki, ABŞ-ın Venesuelaya hücumu an məsələsidir.
Trinidad və Tobaqoda hakimiyyət orqanları ABŞ-ın hərbi AN/TPS-80 radarı və təxminən yüz ABŞ dəniz piyadasının yerləşdirildiyini etiraf etdikdən sonra qalmaqal baş verib.
Hərbi əməliyyatın rəsmən "narkotik əleyhinə əməliyyat" olduğu açıqlanıb. Müxalifət Trinidad və Tobaqo hökumətini Pentaqonun strategiyasına "imza atmaqda" və adanı Karakasa qarşı əməliyyat üçün forposta çevirməkdə günahlandırır.
Stopnarkotik.az