ABŞ silahları Meksika narkokartellərinə ötürülür – ŞOK FAKTLAR / VİDEO

Meksika narkokartellərinə silah təchizatı ilə bağlı yeni xəbərlər ortaya çıxır. Bu barədə “New York Times” nəşri ötən həftə təfərrüatları açıqlamışdı. Son məlumatlara görə, narkotik qanqsterlərini Amerika silahları ilə Bolqarıstanın rəsmi dilerləri silahlandırır.

Stopnarkotik.az xəbər verir ki, bir neçə gün əvvəl milliyyətcə bolqar olan silah taciri Petar Dimitrov Mirçev ABŞ-da federal məhkəmədə ifadə verib. Prokurorların sözlərinə görə, o, Tanzaniya, Keniya və Uqanda vətəndaşları ilə birlikdə “Xalisko Yeni Nəsil karteli”nə qeyri-leqal silahlar-pulemyotlar, raket atıcıları, qumbaraatanlar, snayper tüfəngləri, gecə görmə cihazları, piyada əleyhinə minalar, dronlar və zenit silahları tədarük edib.

Prokurorlar hesab edirlər ki, CJNG narkokarteli bu silahlardan ABŞ-a külli miqdarda kokainin qanunsuz dövriyyəsini asanlaşdırmaq üçün istifadə etmək niyyətində olub. Onlara silah təchiz edən qaçaqmalçılar bundan xəbərdar olublar. Nəticədə, bütün günah Mirçevin üzərinə atılır. Belə ki, kartel nümayəndələri ilə görüşən, prosesi təşkil edən, əlaqələndirən və "həmkarlarını" şirnikləndirib bu işə cəlb edən Mirçev olub.

İddia olunur ki, Mirçev və əlaltıları silahları narkokartelə çatdırmaq məqsədi ilə təqdim edilən xarici silah sertifikatlarından istifadə edərək, Bolqarıstandan 50 ədəd AK-47 hücum tüfəngi, maqazin və sursat ixrac ediblər. Nəticədə, Mirçev CJNG üçün təxminən 58 milyon dollar dəyərində silah siyahısı tərtib edib.

Gedişatın istiqaməti budur ki, bir il əvvəl İspaniyadan ekstradisiya edilən Mirçevin əlaqələri “Müharibə Lordu” Viktor Buta qədər uzanır.

Stopnarkotik.az