28 minə mədən ərazisindən ev almaq istəyən qadını belə aldatdılar - VİDEO

28 min manat ödəyib fərdi yaşayış evi almaq istədi, evini də itirdi, pulunu da... 

Stopnarkotik.az xəbər verir ki, bu iddia ilə "Xəzər Xəbər”in qaynar xəttinə Sabunçu rayonu, Sabunçu qəsəbə sakini Natəvan Hacızadə müraciət edib.

Natavən Hacızadə iddia  edir ki, bu ilin fevral ayında Balaxanı  qəsəbəsində  rieltor fəaliyyəti ilə məşğul  olan Seymur  Əşrəfova müraciət edib. Seymur Əşrəfov fərdi yaşayış evinin sənədlərini onun  adına  rəsmiləşdirmək üçün qarşı tərəfdən vaxt istəyib.

Sonradan Natəvan Hacızadə qəsəbənin Əmrulla Əliyev küçəsindəki evinə köçmək istəsə də məlum olub ki, mənzili bir neçə nəfərə də satılıb.

Natəvan Hacızadə iddia edir ki, rieltor Seymur Əşrəfov ona evi sənədfləşdirəcəyini vəd etsə də ortada nə  sənəd var, nə də ev...