İsraildə 400.000 ehtiyat əsgərin səfərbər edilməsinə icazə verən qərar təsdiqlənib.
Stopnarkotik.az “Yeni Sabah”a istinadən xəbər verir ki, qərara əsasən, İsrail hökuməti ordunun ehtiyatda olan hərbçiləri çağırma limitini rəsmən 400 min nəfərə çatdırıb. Bu, əvvəlki 320 minlik limitlə müqayisədə 80 min nəfərlik artım deməkdir.
Sözügedən addım ölkə daxilində ciddi etirazlara səbəb olub. Baş nazir Benyamin Netanhayuya müxalif olan mənbələr bu qədər insanın iş yerlərindən ayrılaraq orduya çağırılmasını ölkə iqtisadiyyatına əlavə maliyyə yükü hesab edir.