Belarusdakı ABŞ vətəndaşları dərhal bu ölkəni tərk etməlidirlər.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ABŞ-ın Minskdəki səfirliyinin məlumatında deyilir.
Məlumatda Litvanın Belarusla sərhəd-keçid məntəqələrini bağladığı bildirilib:
“Polşa, Litva və Latviya Belarusla sərhəd-keçid məntəqəsinin tam qapadılmasının mümkün olduğunu bildirdilər. ABŞ vətəndaşları dərhal Belarusu tərk etməlidir”.
Səfirlik, həmçinin, ABŞ vətəndaşlarının Belarusa səfər etməmələri yönündə də xəbərdarlıq ünvanlayıb.