9-cu sinif şagirdi terror törətməyə hazırlaşarkən saxlanıldı

Rusiyanın Krasnoyarsk şəhərindən olan 9-cu sinif şagirdi yerli bazarda terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib.

Bu barədə regionun hüquq-mühafizə orqanlarından xəbər verilib.

“Krasnoyarskda gimnaziyalardan birinin 16 yaşlı şagirdi əldəqayırma partlayıcı qurğu üçün komponentlər alarkən saxlanılıb”, - deyə mənbədən bildirilib.

Hüquq-mühafizə orqanlarının nümayəndəsinin sözlərinə görə, o, partlayışı Kirov rayonundakı bazarda törətməyi planlaşdırıb və kafelərdən birinin yaxınlığında saxlanılıb.

Axtarış zamanı onun üzərindən kimyəvi maddələr və tüstü bombaları aşkar edilib.

Yeniyetmə haqqında cinayət işi başlanıb.

Mənbə: TASS