8,6 kiloqram narkotik, 1000 ədəd metadon həbi ələ keçirildi - RƏSMİ AÇIQLAMA

Martın 23-də ümumi çəkisi 8,6 kiloqrama yaxın narkotik vasitə və 1000 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb. 

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə edilib.

Stopnarkotik.az