İyunun 27-də ümumi çəkisi 39,5 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 17,6 tona yaxın çəkidə 43568 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə edilib.