Niderlandda göyərtəsində 3 min yeni avtomobilin olduğu gəmi yanıb, bir nəfər həlak olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Niderlandın "nu.nl" nəşri yazıb.
İnsident Ameland adası yaxınlığında Fremantle Highway gəmisində yaşanıb. Gəminin göyərtəsində 23 nəfər olub. Yanğın nəticəsində ekipajın bir neçə üzvü xəsarət alıb. Ekipaj üzvləri yanğını söndürməyə cəhd göstərsələr də, sonda onların təxliyəsi barədə qərar qəbul edilib. 16 nəfər xəstəxanaya çatdırılıb.
Yük gəmisi Almaniyadan Misirə avtomobillər, o cümlədən, 25 elektromobil daşıyırmış. İlkin məlumata görə, yanğın məhz həmin avtomobillərdən birndə baş verib.
Hazırda xilasedicilər gəminin batmasının qarşısını almağa çalışırlar.