Hakkari vilayətinin Yüksəkova rayonunda keçirilən genişmiqyaslı narkotik əməliyyatı zamanı şübhəli bir avtomobildən 28,2 kiloqram müxtəlif növ narkotik maddə ələ keçirilib.
Bu barədə Hakkari Vilayət Təhlükəsizlik Müdirliyi rəsmi məlumat yayıb.
Narkotik vasitələrin daşınmasında şübhəli bilinərək saxlanılan şəxsin yerli dövlət xəstəxanasında işləyən həkim olduğu məlum olub.
O məhkəmə qərarı ilə həbs edilərək həbsxanaya göndərilib.