Türkiyənin Əskişehir vilayətində yeniyetmə oğlan qardaşını güllələyib.
Stopnarkotik.az demokrat.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.
Yeniyetmə oğlan naməlum səbəbdən 22 yaşlı qardaşını yatdığı zaman ov tüfəngi ilə güllələyib.
Hadisə yerinə polis və təcili tibbi yardım qrupları gəlib.
Yaralıya dərhal müdaxilə edilsə də, onu xilas etmək mümkün olmayıb.
Hücumçu isə polis tərəfindən saxlanılaraq, nəzarətə götürülüb. Araşdırmalar davam etdirilir.