101 KQ MARİXUANA, 4 KQ HEROİN, 1,2 KQ HƏŞİŞ... - Gün ərzində 107 kiloqram narkotik ələ keçirilib + AUDİO

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 24-də ümumi çəkisi 107,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 101 kiloqrama yaxın marixuana, 4 kiloqramdan artıq heroin, 1,2 kiloqramdan çox həşiş, 1 kiloqrama yaxın metamfetamin, həmçinin 1299 ədəd güclü təsiredici xassəyə malik metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.