Ziya Hüseynzadə Razi Əliyevanı məhkəməyə verdi

Hazırda həbsdə olan iş adamı Ziya Hüseynzadə model Razi Əliyevanı məhkəməyə verib.

"Qaynarinfo" xəbər verir ki, iş adamının iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Ramin Xəlilov iş üzrə hakim təyin edilib.

Məhkəmə çəkişməsinin detalları haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bəzi məlumatlara görə, məhkəmə çəkişməsi əmlakla bağlıdır.

Razi Əliyeva Ziya Hüseynzadənin keçmiş sevgilisi olub. O, ötən il Razi Əliyevanı döyməkdə ittiham edilərək həbs olunub.

Hazırda iş adamının məhkəməsi davam edir.