Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentində çıxışını məsuliyyətsizlik və təxribatçılıq kimi qiymətləndirir.
Bu sözləri TASS agentliyinə Moskvadakı yüksək vəzifəli məmur söyləyib.
“Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını olduqca məsuliyyətsiz və təxribatçı çıxış kimi qiymətləndiririk. Bu, xüsusilə çıxışın Rusiya və Rusiya-Ermənistan münasibətlərinə dair hissəsinə aiddir. Ermənistanın Moldovadan sonra üçüncü Ukraynaya çevrildiyini görürük. Paşinyan isə iri addımlarla Vladimir Zelenskinin yolunu gedir”, - deyə məmur bildirib.