"Zelenskini Saakaşvilinin taleyi gözləyir" - Dumanın spikeri

Vladimir Zelenski Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin taleyini təkrarlayacaq.

Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Vaşinqton və Brüsselin kuklalarının taleyi həmişə eyni şəkildə bitir - onlardan qurtulurlar. Növbəti Zelenskidir. Saakaşvili yalnız qalstuk çeynəməsi ilə yadda qalıb. O, həbsxanada təcrid olunmuş adamdır. Eyni şey Zelenskini də gözləyir”, - Volodin bildirib.

2008-ci il 8 avqust hadisələrini xatırladan Volodin bildirib ki, məhz Saakaşvili Cənubi Osetiyaya xain hücum əmrini vermişdi, Rusiya isə mülki insanları qorudu:

“Hakimiyyətinin lap əvvəlindən Saakaşvili rejimi kəskin şəkildə rusofob idi, o, AB və NATO tərəfindən dəstəklənir, maliyyələşdirilir, silahlarla təmin edilir və orduya təlim verirdi. Eyni şey daha sonra Ukraynada oldu. Sonra Qərbə lazımsız olduğu ortaya çıxan Saakaşvili vətənində ittiham olundu. O, vətəndaşlıqdan məhrum edilərək Ukraynadan deportasiya edildi. İndi o, Gürcüstanda prezidentlik dövründə törətdiyi cinayətlərə görə cəza çəkir. Tarix təkrarlanır, amma indi Zelenski ilə. Artıq Qərb ondan və doyumsuz Kiyev rejimindən bezib. Onun nankorluğu Avropa siyasətinin dominant xüsusiyyətinə çevrilib. Bu, Britaniyada və hətta Polşada rəsmi səviyyədə açıq şəkildə ifadə edilir”.