Zaqatalada intihar hadisəsi baş verib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, rayon sakini, 1973-cü il təvəllüdlü Xəlilov Musa Xəlil oğlu Zaqatala şəhərində yaşadığı evin həyətində özünü asıb.
Məlumata görə, 50 yaşlı Musa Xəlilov iyunun 11-də rayonun Car kəndi ərazisindəki məscidin həyətində özünə xəsarət yetirib. O, kəsici alətlə boyun nahiyəsinə xəsarət yetirib, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
M.Xəlilovun əsəb xəstəliyindən əziyyət çəkdiyi açıqlanıb.
Faktla bağlı araşdırma aparılır.