Yunanıstan-Türkiyə sərhədində 8 FETÖ üzvü saxlanıldı

Yunanıstan istiqamətində Türkiyə sərhədini pozmaq istəyən 17 şəxs, o cümlədən FETÖ terror təşkilatının 8 üzvü saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, saxlanılanlardan 1-i PKK/KCK terror təşkilatının üzvüdür.

''Türkiyenin sərhəd pozuntularına qarşı mübarizəsi qətiyyətlə davam edir.Yunanıstan istiqamətində Türkiye sərhədini pozmaq istəyən 17 şəxs saxlanılıb.İstintaq nəticəsində saxlanılanlardan 8-nin FETÖ, 1-nin isə PKK/KCK terror təşkilatı üzvü olduğu müəyyən edilib'',-deyə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda vurğulanıb.