Yüksək vəzifəli azərbaycanlı məmurlar Türkiyədə dəluduzluqla üzləşdi – 350 min dollar vəsait itirdilər...

Azərbaycanlı diplomatlar Türkiyədə dələduzluq cinayətinin qurbanı olublar.

Bu barədə “TRT haber” məlumat yayıb.

Məlumata görə, yüksək qazanc vədinə aldanan azərbaycanlı diplomatlar xeyli məbləğdə vəsaitlərindən olublar.

Belə ki, Türkiyədə tanınmış maliyyə proqramlarının sahibi olan Gökalp İçer beynəlxalq sərgidə tanış olduğu Murad Şirinov adlı şəxslə iş görməyə başlayıb. Bir müddət sonra Şirinov Azərbaycandakı bank meneceri vasitəsilə adı açıqalanmayan yerli diplomatlarla əlaqəyə keçib. İddialara görə, o, özünü dövlət məmuru kimi təqdim edib və bu yolla onların etibarını qazanıb.

Bildirilir ki, Murad Şirinov Azərbaycanda yüksək vəzifədə olan 3 diplomatla əlaqə saxlayıb, kafelərin birində görüşərək, pulu əldən şəxsən alıb və qarşılığında heç bir qəbz verməyib.

Şirinov əsl müdirlə görüşmək istəyən diplomatları isə Gökalp İçerin kabinetinə aparıb və burada onları tanış edib. Onlar burada diplomatların telefonuna hesabdakı vəsaiti izləmək adı ilə xüsusi proqramı quraşdırıblar. Onlara deyilib ki, pullarını bu platforma vasitəsilə izləyə bilərlər. Diplomatlar ilk bir neçə ay ərzində kiçik məbləğlərdə vəsaitlər əldə ediblər. Sistemə inam yarandıqdan sonra diplomatlar bura daha çox sərmayə qoymağa və öz yaxınlarını da dəvət etməyə başlayıblar. Lakin proqrama böyük məbləğdə vəsaitlər qoyulduqdan sonra diplomatlar qazanc əldə edə bilməyiblər. Bir müddət sonra isə proqramdakı hesablar sıfırlanıb.

Qeyd olunur ki, diplomatlarının şikayəti əsasında İstanbul Baş Prokurorluğunun başlatdığı istintaq prosesi başa çatıb. İddianamədə Şirinova verilən pullarla heç bir sərmayə qoyulmadığı ortaya çıxıb.

Məlum olub ki, onların telefonlarına quraşdırılan xüsusi tətbiqdə guya sərmayə qoyulurmuş kimi saxta məlumatlar yer alıb.

Həmçinin müəyyən edilib ki, sözügedən şirkətin və tətbiqin lisenziyası belə olmayıb.

Gökalp İçer və Murad Şirinov barəsində iddia qaldırılıb. Şübhəlilərin dələduzluq və digər cinayətlərə görə 5 ildən 7 il yarımadək azadlıqdan məhrum etmə ilə cəzalandırılması istənilib./azpolitika.info