London polisi özünü şübhəli aparan yük maşınının sürücüsünü saxlayıb və onun idarə etdiyi TIR-ın içərisindən onlarla azyaşlı uşaq çıxıb.
Stopnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, uşaqların hara aparıldığı və bu daşımanın məqsədinin nə olduğu bəlli deyil.
Ümumiyyətlə, bu cür yük maşınlarının sayı da məlum deyil. Çünki sürücü ilkin ifadəsində “daşıma işini” yalnız onun həyata keçirmədiyini bildirib.
Daha əvvəl məlumat verilmişdi ki, 2022-ci il fevralın 24-dən bəri Avropada 40-60 minə yaxın ukraynalı uşaq yoxa çıxıb. Deyilənə götə, oğurluq uşaqlardan bir hissəsi porno sənayesinin əlinə düşür, bir qismi isə orqan mafiyası üçün donor kimi istifadə olunur.
Stopnarkotik.az