Yük avtomobili ağır qəzaya səbəb oldu - ANBAAN VİDEO

Bakı–Qazax avtomobil yolunun 56-cı kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Stopnarkotik.az-a DİN-dən məlumat verilib.

Belə ki, sürücünün diqqətsizliyi səbəbindən “Mercedes” markalı yük avtomobili yol kənarında dayanan digər yük avtomobili ilə toqquşub. Nəticədə 1 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.