BƏZİ İNSANLAR NİYƏ NARKOTİKƏ MEYL EDİR? - Alimlər səbəbini ortaya çıxardı / ARAŞDIRMA

İnsanların narkotikə meyllənməsinin bir sıra səbəbləri sadalanır. Bunlardan əsasən içində depressiya, çətiniliyə düşənlərin stressin öhdəsindən gələ bilməməsi, ailə bağlarının qopması səsəbindən yaşanan travmalar və s. irəli sürülür. Amma elm adamları tərəfindən aparılan araşdırmalar göstərir ki, məsələ yalnız bu səbəblərlə yekunlaşmır.    

Stopnarkotik.az-ın məlumatına görə, “Journal of Psychopharmacology” jurnalında dərc olunmuş sistematik aparılmış araşdırma göstərir ki, psixoz inkişaf riski yüksək olan şəxslərdə “Endokannabinoid sistemi”nin tənzimlənməsinin pozulması müşahidə olunur. Bu araşdırmanın ən vacib nəticələrindən biri odur ki, CBD - kannabidiol psixoza qarşı preparatlarla müqayisədə daha çox zərərsiz və daha az yan təsirə malik müalicə variantıdır. Bu araşdırma çərçivəsində Turin, Kyeti-Peskara Universitetləri və İtaliyanın “ASL Teramo Psixi Sağlamlıq Departamenti”ndən beş tədqiqatçı tərəfindən 2000-2025-ci illər arasında dərc edilmiş 22 həmyaşıda aid məlumatlar təhlil edilmişdir. Məqsəd psixozun diaqnoz qoyulmamış ilk simptomları göründüyü zaman "prodromal" (xəstəliyin ilkin dönəmində, yaxud gizli etapında) dövrdə endokannabinoid sisteminin rolunu anlamaq və terapevtik potensialını qiymətləndirmək idi.

“Prodromal Psixozda Terapevtik Hədəf Kimi Endokannabinoid Sistemi: Molekulyar Mexanizmlərdən Klinik Tətbiqə” adlı məqalədə məlumatların analizi açıq nümunəni ortaya qoydu: psixoz riski yüksək olan şəxslərdə endokannabinoid sisteminin “disfunksiyası” olur. Yəni endokannabinoid sistemin funksiyası işləmir, pozulur.

Bəs “Endokannabinoid sistemi” nədir?

Endokannabinoid sistemi (EKS) bədənin homeostazını - daxili tarazlığı - qorumağa məsul olan universal siqnalizasiya sistemidir. Bu sistem əhval-ruhiyyəni, yaddaşı, yuxunu, iştahı, ağrını, immun reaksiyalarını tənzimləyir. Sistem CB1/CB2 reseptorlarından, "endogen ligandlar" - anandamid, 2-AG və fermentlərdən ibarətdir ki, bu da stressə uyğunlaşmanı və neyronlar arasında siqnal ötürülməsini təmin edir.

“Endogen ligandlar” hüceyrələr daxilində reseptorlara bağlanan və müxtəlif fizioloji proseslərdə vasitəçilik edən üzvi molekullardır.

“Endo-Kannabinoid sistemi”nin (EKS) əsas komponentləri və funksiyaları:

CB1 reseptorları (kannabinoid reseptor 1): Əsasən mərkəzi sinir sistemində motor-hərəkət fəaliyyətini, emosiyaları və ağrı qavrayışını tənzimləyir. CB1 reseptorları G zülalı ilə bağlı reseptorlardır və İnsan Endo-Kannabinoid Sisteminin əsas komponentidir. Bu reseptorlar neyronlarda qlutamat və ya GABA (qamma aminyağ turşusu) ifrazını nizamlayaraq siqnal ötürülməsini tənzimləyir. Onlar mərkəzi sinir sistemində, xüsusən də başın ön hissəsində - korteksdə, hipotalamusda və onurğa beynində yüksək dərəcədə cəmləşərək idrak, koqnitiv-davranış funksiyasını, yaddaşı, iştahı, motor-hərəkət nəzarətini, koordinasiyanı tənzimləyir və beyni qocalmadan qoruyur. Bu reseptorlar endokannabinoidlər (anandamid, 2-AG) tərəfindən aktivləşdirilir. Həmçinin, THC (fitokannabinoid-yəni çətənə bitkisi) və endogen birləşmələr tərəfindən aktivləşdirilir. Eləcə də asılılığın yaranmasında iştirak edir və bədənin ümumi sağlamlığını tənzimləyir.

CB2 reseptorları: endokannabinoid sisteminin zülal strukturlarıdır və əsasən immun hüceyrələrində (dalaq, leykositlər) və hematopoetik hüceyrələrdə yerləşir. Onlar immunitetin tənzimlənməsində, beyin litihabının əngəllənməsində əsas rol oynayır və CB1 reseptorlarından fərqli olaraq, praktik olaraq heç bir psixoaktiv təsir göstərmir, bu da onları ağrı və iltihabi xəstəliklərin müalicəsi üçün perspektivli hədəfə çevirir. 

Beyin iltihabı - beyində və ya onurğa beynində zədələnmə, infeksiya və ya xroniki stressə cavab olaraq mikroqliya (beyindəki immun hüceyrələri) tərəfindən tətiklənən iltihabi reaksiyadır. Kəskin beyin iltihabından fərqli olaraq, xroniki beyin iltihabı neyronlara zərər verir və onlar arasında əlaqəni pozur, neyrodegenerativ xəstəliklərin (Alzheimer, Parkinson) və depressiyaya gətirir.

CB2-nin CB1 reseptorlarına təxminən 44% struktur oxşarlığı var, lakin CB1-dən fərqli olaraq psixoaktiv təsirlər (zehni təsirlərə) göstərmirlər. Tədqiqatlar göstərir ki, CB2 agonistlərinin istifadəsi metabolik xəstəliklərin, neyroiltihabi proseslərin və kəskin ağrıların müalicəsində faydalı ola bilər.

Endokannabinoidlər: Orqanizm tərəfindən istehsal olunan və bu resptorları - CB1-CB2 aktivləşdirən anandamid və 2-araxidonoylgliserol molekullardır. Fermentlər funksiyasını yerinə yetirdikdən sonra endokannabinoidləri parçalayır. EKS stress reaksiyalarında əsas rol oynayır və narahatlığı azaltmağa kömək edir. Həmçinin, CB1 və CB2 reseptorlarına təsir edən tetrahidrokannabinol (THC) kimi kannabisin aktiv komponentləri Endo-Kannabinoid sisteminə yönəlir.

Tədqiqatçıların fikrincə, endokannabinoid sistemindəki dəyişikliklər psixi simptomların və neyrobioloji anomaliyaların irəliləməsindən öncə üzə çıxır və bunlara qatqı verir. Laboratoriya məlumatları göstərir ki, xəstəliyin kəskin başlanğıc etapında endokannabinoid tonusunda və CB1 reseptorunda siqnalların ötürülməsində disfunksiyalar baş verir. Bu xronologiya isə beynin dofamin və qlutamat sistemində dəyişikliklərdən öncə baş verir.  

İkinci, əldə olunan yeniliklər göstərir ki, endokannabinoid siqnalizasiyası ilə psixoz riski arasında mürəkkəb və qeyri-xətti əlaqə var, çünki CB1 siqnalizasiyasının həm hiperfunksiyası, həm də hipofunksiyasnını neyron dövrəsindən, inkişaf mərhələsindən və ətraf mühit kontekstindən asılı olaraq problemli görünür.

İzah üçün qeyd edək ki, Kannabidiol (CBD) FAAH fermentinin (yağ turşusu amid hidrolazası) mülayim inhibitoru kimi çıxış edərək, endogen, yəni orqanizmdə var olan "xoşbəxtlik molekulu" olan “anandamidin” parçalanmasını yavaşladır. Bu, endokannabinoid səviyyəsini artırır, stress reaksiyalarını normallaşdırır, iltihabı və narahatlığı azaldır, beyin inkişafını sabitləşdirməyə kömək edir.

Stress reaksiyasının azaldılması:

Bəzi tədqiqatlar göstərir ki, düzgün endokannabinoid siqnalizasiyası, xüsusən də anandamid tonusu psixoza gətirən stressdən qaynaqlanan neyrobioloji dəyişiklikləri zəiflədir. Həm CBD, həm də FAAH (yağ turşusu amid hidrolaza) inhibitorları xəstəlikdən öncə və psixoz riski yüksək olan fərdlərdə stress reaktivliyini normallaşdırır.

Beyin iltihabı:

Bir neçə tədqiqat (CBD) KBD-nin iltihab əlyhinə təsirlərini və endokannabinoid tonusunu artırmasını müəyyən etmişdir ki, bu da psixozun inkişafını tətikləyən beyin iltihabı prosesinin qarşısını ala bilər. Klinikayaqədərki (laboratoriya sınağı) məlumatlar göstərir ki, KBD (CBD) stressə məruz qalan və genetik cəhətdən stressə meylli heyvanlarda beynin immun hüceyrələtinin aktivləşməsini və iltihablanma göstəricilərini normallaşdırır.

Beyin inkişafın sabitləşdirilməsi:

Laboratoriya sınaqları göstərir ki, endokannabinoid sisteminə (ECS) uyğun vaxtda müdaxilə həssas dövrlərdə beyin inkişafının trayektoriyalarını sabitləşdirə bilər, psixozdan əvvəl baş verən struktur və funksional beyin dəyişikliklərinin qarşısını ala bilər. Bu, CBD müalicəsinin xəstəliyin müalicəsi periodunda dəyişən təsirlərini izah edə bilər.

Dopamin-Qlutamat qarşılıqlı təsirləri:

Endo-Kannabinoid Sistemi (ECS) psixozun patofiziologiyasında mərkəzi rol oynayan iki sistemin - dopamin və qlütamat siqnalizasiyanın kəsişməsində fəaliyyət göstərir. Bir neçə tədqiqat göstərir ki, endokannabinoid siqnalizasiyasının normallaşdırılması anormal dopamin ifrazını azaldır və NMDA reseptor funksiyasını yaxşılaşdırır ki, bu da mərkəzi patofizioloji proseslərə təsir göstərir.

CBD-nin təhlükəsizlik profili yüksək risk altında olan şəxslər üçün müalicə variantı təklif edə bilər. Bu araşdırmada kannabidiolun (CBD) klinik sınaqlarının nəticələrinə əsasən, "psixoza qarşı preparatlarla müqayisədə təhlükəsizlik qabiliyyəti nəzərə alınmaqla, yüksək psixoz klinik riski altında olan şəxslər üçün müalicə variantı kimi araşdırılmalıdır".

Elm adamları bildirirlər ki, digər psixopatik preparatlarla müqayisədə KBD-nin neqativ yan təsiri müşahidə olunmayıb.

Yazılanlardan da göründüyü kimi, insan orqanizmindəki Endokannabinoid sistemində olan CB1 reseptoru elə orqanizmin özündə mövcud olan endokannabinoidlər və kannabinoid bitkisi tərəfindən aktivləşdirlir. Yəni öz bədənimizdə var olan endokannabinoidlər, CB1 fermenti, CB2 "xoşbəxtlik molekulu" olan anandamidin hansısa səbəbdən bloklananda orqanizmdə funksional problemlər yaranır və problem psixoza qədər gedir. CB1 reseptoru bədəndə təbii olaraq istehsal olunan kannabinoidlər (endokannabinoidlər), yaxud çətənə- kannabis və ya sintetik kannabis vasitəsilə aktivləşdirilir.

Ümumən Endo-Kannbinoid Sistemi orqanizmin xoşbəxtlik vəziyyətini tənzimləyən, ruhən xoşbəxt olmasını nizamlayan sistemdir. Yaşam müddətində müxtəlif səbəblər ucbatından yaşanan problemlərdən insanın daxili-mənəvi tarazlığı pozula bilir və bəziləri çarəni antidepressantlara, narkotiklərə, sintetik opioidlərə əl atmaqda görürlər.

Araşdrımaya əsasən görürük ki, insan orqanizminin özündə belə bir sistem var, hansı ki, çarəsizlik anında həmin sistemdən sakitləşdirici maddələr ifraz olunur. Və bu maddələrin təbii olaraq insanın öz orqanizmində ifraz olunmasında çatışmazlıqlar yaranan zaman onun kənardan almaq ehtiyacı yaranır. Dediyimiz kimi ya antidepressant həb formasında, ya da qeyri-qanuni maddələr formasında. Araşdırmada da açıqlandığı kimi, ruhi problemlərə, psixoza qədər gedən xəstəliklərin səbəbi beyində gedən iltihab prosesi olur. Hansı ki, EKS-in CB2 reseptorları beyin iltihablanmasının qarşısını alır. EKS-də problem yarananda bu çatışmazlığı kannabis bitkisi təmin edir.

Bəs orqanizmdə yaradılışıdan var olan Endo-Kannabinoid Sisteminə bitki formasında dəstək verilərsə, insanların süni opioid vasitələrinə ehtiyacı aradan qalxarmı? Məntiqlə belə olmalıdır. Ələlxüsus bu bitkini qida formasında qəbul etmək EKS-ni dəstəkləməyə yetərsə, insanın özünü sakit, rahatlamış hiss etməsinə səbəb olarsa, süni əvəzedicilərə gərək qalmamalıdır. ESK-in təbii yolla kannabis bitkisi ilə dəstəklənməsinin ən problemsiz yolu çətənənin qida kimi qəbulu ola bilər. Bu metod insanda asılılığın qarşısının alınmasında ən orqanik, zərəsiz və ekoloji təmiz variant kimi gözdən keçirilə bilər.

Hazırladı: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az