Yevlax və Xaçmazdakı qaraçılarla bağlı HESABAT HAZIRLANDI

Azərbaycan Ombudsmanı romanilərin (qaraçıların) sosial vəziyyəti ilə bağlı monitorinq həyata keçirib.

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin müdiri Cavidan Qorciyev Bakıda keçirilən "Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu" mövzusunda beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, Ombudsman tərəfindən insan hüquqlarının müdafiəsi və bərabərlik hüququnun təmin edilməsi istiqamətində müxtəlif mövzular üzrə monitorinqlər aparılıb və hesabatlar hazırlanıb:

"Nəşr etdiyimiz monitorinq hesabatları sırasında Yevlax və Xaçmaz regional mərkəzləri üzrə romanilərin (qaraçıların) sosial vəziyyətinə dair araşdırma da yer alır. Monitorinqlərin məqsədi həssas əhali qruplarının hüquqlarının müdafiəsini gücləndirmək, mövcud problemləri müəyyənləşdirmək və aidiyyəti dövlət qurumlarına müvafiq tövsiyələr təqdim etməkdir.

Ombudsman bərabərlik hüququnun təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması və inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir".